Audiovizual Şura 2024-cü il ərzində açıq yayımlanan ümumölkə yerüstü televiziya proqramlarının janr üzrə statistikasını təhlil etmişdir
05.02.2025 03:54
Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:
- 23,4% - informasiya və analitik proqramlar
- 16,0% - idman proqramları
- 14,1% - reklam məzmunlu materiallar
- 13,5% - musiqi və əyləncəli proqramlar
- 12,8% - bədii filmlər və seriallar
- 8,7% - mədəni-maarif janrında proqramlar
- 3,3% - anonslar və elanlar
- 3,1% - sənədli film və materiallar
- 2,8% - sosial proqramlar
- 1,2% - uşaq proqramları və cizgi filmləri
- 1,1% - sosial çarxlar
Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.
Xəbərlər
Xəbərlər
22.07.2026 16:53
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
16.07.2026 17:41
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
02.07.2026 10:51
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...
23.06.2026 17:33