Audiovizual Şuranın sədri İsmət Səttarov “Reklam və Marketinq sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin üzvləri ilə görüşmüşdür
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov 08 oktyabr 2024-cü il tarixində "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin üzvləri ilə görüşmüşdür.
Görüşdə audiovizual mediada reklam bazarının hazırki vəziyyəti, onun inkişaf yolları və reklam subyektlərinin maraqlarının təmin olunması məqsədilə sağlam rəqabət mühitinin yaradılmasına dair fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, reklam sahəsində mövcud problemlər, o cümlədən haqsız, qeyri-dəqiq və gizli reklamdan istifadə hallarının aradan qaldırılmasının vacibliyi qeyd edilmişdir. Görüş zamanı həmçinin, Audiovizual Şura və İctimai Birlik arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin ölkənin reklam bazarının inkişafına müsbət töhfə verə biləcəyi qeyd edilmişdir.
Jurnalistika fakültəsinin tələbələri üçün mediada uşaq hüquqlarının qorunması il...
Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları...
Televiziya kanallarında Azərbaycan dilində qarşılığı olan xarici sözlərin istifa...