Audiovizual Şuranın sədri “Belarus 24” beynəlxalq peyk televiziya kanalının baş direktoru ilə görüşmüşdür
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov 08 oktyabr 2024-cü il tarixində Belarus Respublikasının "Belarus 24" beynəlxalq kanalının rəhbəri Pavel Lazovik ilə görüşmüşdür.
İsmət Səttarov qonağa Audiovizual Şuranın vəzifə və funksiyaları, audiovizual media sahəsinin tənzimlənməsi, eyni zamanda bu sahədə aparılan fəaliyyət barədə ətraflı məlumat vermişdir. Audiovizual Şuranın sədri Azərbaycan və Belarus audiovizual media subyektləri, o cümlədən, televiziya və radio kanalları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd etmişdir.
"Belarus 24" beynəlxalq kanalının rəhbəri Pavel Lazovik səmimi qəbula görə təşəkkürünü bildirmiş və audiovizual media subyektləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd etmişdir. O, həmçinin, Bakıda bir sıra görüşlər keçirəcəyini və bu görüşlərdə iki ölkənin televiziya kanalları arasında əməkdaşlıq perspektivlərini müzakirə edəcəyini vurğulamışdır.
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...