Serbiyanın audiovizual və elektronik media üzrə tənzimləyici qurumu REM-in nümayəndə heyəti ilə Audiovizual Şurada görüş keçirilmişdir
Serbiya Respublikasının audiovizual və elektronik media üzrə tənzimləyici qurumu olan REM-in nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 05 mart 2024-cü il tarixində Audiovizual Şurada görüş keçirilmişdir.
Nümayəndə heyətinin tərkibində Serbiya Respublikasının Elektronik Media Tənzimləyici Qurumunun (REM) prezidenti xanım Olivera Zekiç, REM-in ümumi məsələlər və İT üzrə rəhbəri cənab Vladimir Tomiç, REM-in monitoriq və təhlil şöbəsinin rəhbəri cənab Stevika Smederevak, REM-in beynəlxalq məsələlər üzrə koordinatoru xanım Yelena Kolo Yovanoviç təmsil olunmuşlar.
Audiovizual Şuranın sədri İsmət Səttarov serbiyalı qonaqları salamladıqdan sonra onlara Azərbaycanda media sahəsində son illər aparılan islahatlardan, "Media haqqında" Qanunun qəbul olunmasından, audiovizual media sahəsində yeniliklər barədə ümumi məlumat vermişdir. Daha sonra "Azərbaycanda audiovizual medianın tənzimlənməsi" adlı təqdimat qonaqlara nümayiş etdirilmişdir.
REM-in prezidenti xanım Olivera Zekiç səmimi qarşılanma və qonaqpərvərliyə görə təşəkkürünü bildirmiş, iki ölkənin tənzimləyici qurumları arasında əməkdaşlığın zərurəriliyini, bunun üçün qarşılıqlı səfərlərin, bilik və təcrübə mübadiləsinin önəmini vurğulamışdır.
Görüşdə Audiovizual Şura və REM arasında əməkdaşlıq memorandumunun imzalanmasının mümkünlüyü və qarşılıqlı əlaqələrin inkişafında onun rolu barədə fikir mübadiləsi aparılmışdır.
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...