Azərbaycan Respublikası Audiovizual Şurası “APA TV”, “Səhiyyə TV”, “Agro TV”, “Vivace” və “ATV+Cinema” kanallarına platforma yayımçısı lisenziyası verdi.
30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirmişdir. İclasda peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınması məqsədilə "APAMARK" MMC, "Səhiyyə TV" MMC, "Aqro Televiziya və Radio" MMC və "ATV Plus" MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılmışdır.
Müraciət edən şirkətlər tərəfindən təqdim olunmuş sənədlər və onların məzmunu Şura üzvləri tərəfindən müzakirə olunmuşdur. Geniş müzakirələrdən sonra peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının "APAMARK" MMC-yə (televiziya redaksiyasının adı: "APA TV"), "Səhiyyə TV" MMC-yə (televiziya redaksiyasının adı: "Səhiyyə TV"), "Aqro Televiziya və Radio" MMC-yə (televiziya redaksiyasının adı: "Agro TV") və "ATV Plus" MMC-yə (televiziya redaksiyalarının adları: "Vivace" və "ATV+Cinema") verilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...