Azərbaycan Respublikası Audiovizual Şurasında ümumölkə televiziya kanallarının rəhbərləri ilə görüş keçirilmişdir.
18 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasında ümumölkə televiziya kanallarının rəhbərləri ilə görüş keçirilmişdir.
Görüşdə Şura sədri İsmət Səttarov son bir ildə Şuranın həyata keçirdiyi fəaliyyət, "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasından sonra audiovizual media sahəsindəki son durum, yekunlaşan televiziya mövsümü ərzində televiziya kanallarında aparılmış monitorinqlərin nəticələri, mövcud nöqsanlar, əldə olunmuş pozitiv inkişaf dinamikası, yeni mövsümdə audiovizual media sahəsində gözlənən yeniliklər barədə danışmışdır.
Daha sonra ümumölkə televiziya yayımçılarının rəhbərləri çıxış etmiş, "Media haqqında" qanununun qəbul olunmasından sonra, həmçinin, Şuranın fəaliyyəti nəticəsində audiovizual mediada mövcud durumla bağlı gözlənti və perspektivlər haqqında söhbət açmışlar. Görüşdə yayımçıların rəhbərləri ilə Şura sədri arasında sahə üzrə mövcud problemlərin müzakirəsi aparılmışdır.
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...