İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatmışdır.
16.05.2022 13:32
İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu, Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim etmişdir.
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq namizədin seçilməsi üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilmişdir.
Xəbərlər
Xəbərlər
22.07.2026 16:53
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
16.07.2026 17:41
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
02.07.2026 10:51
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...
23.06.2026 17:33