Bugün Medianın İnkişafı Agentliyində RTÜK-ün, Milli Televiziya və Radio Şurasının və Medianın İnkişafı Agentliyinin rəhbər şəxslərinin görüşü keçirilmişdir.
10.09.2021 16:09
Türkiyə Respublikasının Radio və Televiziya Üst Qurumunun (RTÜK) geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir. Beynəlxalq TURAZ Akademik Kongresinin toplantısı çərçivəsində Bakıda səfərdə olan RTÜK rəhbəri Əbubəkr Şahin, RTÜK-ün digər üzvləri və səlahiyyətli şəxsləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarovla görüşmüşlər.
Görüş çərçivəsində iki qardaş ölkə arasında Birgə Media Platformasının fəaliyyətinin gücləndirilməsi, media sahəsində bilik və təcrübə mübadiləsinin daha da intensivləşdirilməsi və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunmuşdur.
Xəbərlər
Xəbərlər
22.07.2026 16:53
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
16.07.2026 17:41
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
02.07.2026 10:51
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...
23.06.2026 17:33