Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
06.07.2011 01:00
06 iyul 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Milli Televiziya və Radio Şurası Aparatı tərəfindən hazırlanmış "Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbulu Qaydaları"nın və "Rəqəmli radio-televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) verilməsi Qaydaları"nın layihəsi müzakirə edilmiş və qəbul edilmişdir.
Həmçinin iclasda rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqəsədilə Bakı şəhəri və bölgələr üzrə yeni televiziya yayım kanallarının ayrılması barədə qərar qəbul edilmişdir.
Xəbərlər
Xəbərlər
22.07.2026 16:53
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
16.07.2026 17:41
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
02.07.2026 10:51
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...
23.06.2026 17:33