Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
08 iyun 2012-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "ATV" və "ANS" televiziyaları tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə başlanılmış inzibati icraat üzrə işə baxılmışdır.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə, teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı qanunvericiliyin pozulmasına görə "ATV" və "ANS" televiziyalarına xəbərdarlıq elan edilmişdir
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...