Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
03 oktyabr 2012-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Kanal S" MMC-nin, "Yevlax TV" MMC-nin regional televiziya yayımı üçün, "AzHiNet" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılmışdır.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən "Kanal S" MMC-nin və "Yevlax TV" MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.
"AzHiNet" MMC tərəfindən kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə ərizə və qanunvericiliklə müəyyən edilmiş sənədlər "Televiziya və radio yayımı haqqında" Azərbycan Respublikası Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə təqdim edilmədiyindən "AzHiNet" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasından imtina edilmişdir.
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...