MTRŞ sədri Nuşirəvan Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Mınbay Darxan Kamzabekulı ilə görüşmüşdür.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Mətbuat Şurasının sədri Əflatun Amaşov Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Mınbay Darxan Kamzabekulı ilə görüşmüşlər.
Görüşdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının fəaliyyəti, Azərbaycan Respublikasında teleradio yayımının əsasları və bu sahədə gedən sürətli inkişaf barədə qonaqlara geniş məlumat vermişdir. Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Mınbay Darxan Kamzabekulı isə Qazaxıstanda teleradio yayımının əsasları barədə geniş məlumat vermişdir.
Görüşdə türk dövlətlərinin teleradio yayımı üzrə tənzimləyici qurumlarının koordinasiya şurasının yaradılması barədə razılıq əldə edilmiş, bu barədə TÜRKSOY-un məlumatlandırılması qərar alınmışdır. Görüşdə həmçinin teleradio yayımı ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...