DVB-T rəqəmli yayım sisteminin tətbiqi ilə əlaqədar teleradio yayımçılarına lisenziya verilməsi müvəqqəti olaraq təxirə salınmışdır.
11 aprel 2013-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar olaraq qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar zəruri texniki-hüquqi prosedur və sənədlərin müvafiq qanunvericilik və beynəlxalq təcrübəyə uyğun surətdə hazırlanması məqsədilə teleradio yayımçılarının xüsusi razılıq (lisenziya) verilməsi və xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılması Milli Televiziya və Radio Şurasının qərarına əsasən müvəqqəti olaraq təxirə salınmış, "Rəqəmli radio-televiziya yayımı üçün lisenziyaların verilməsi Qaydaları"nın hazırlanması işinin başa çatdırılmasının təmin edilməsi Milli Televiziya və Radio Şurası Aparatına tapşırılmış, xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə Milli Televiziya və Radio Şurasına müraciət etmiş teleradio yayımçılarının fəaliyyətinin xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərə baxılanadək davam etdirilməsi qərara alınmışdır.
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...