Şurada ATƏT-in DTİHB Seçki Bölməsinin nümayəndələri ilə görüş keçirilmişdir.
20 iyun 2013-cü il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Seçki Bölməsinin baş məsləhətçisi Riçard Lappin, məsləhətçi Raul Luçian Mureşan və Radiovoe Qruiçi qəbul etmişdir. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının məqsəd və vəzifələri, funksiyaları barədə qonaqları məlumatlandırmışdır.
Görüşdə televiziya və radio yayımında seçkiqabağı təbliğat və təşviqatın aparılması və ona nəzarət mexanizmləri, seçkiqabağı təbliğat və təşviqat kampaniyasında siyasi reklamın yayımı ilə bağlı məsələlər müzakirə edilmişdir. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, həmçinin, qonaqları maraqlandıran sualları cavablandırmışdır.
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...