Şura "Region TV" MMC-yə 150000 (yüz əlli min) manat məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul edilmişdir.
İclasda "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2013-cü il tarixli Sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılmışdır.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə "Region TV" MMC-yə 150000 (yüz əlli min) manat məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul edilmişdir.
İclasda, həmçinin, "Dünya Müstəqil Televiziya Şirkəti"nin peyk yayımı üçün xüsusi razılıq (lisenziya) alınması barədə müraciətinə baxılmışdır. Milli Televiziya və Radio Şurasının qərarına əsasən "Dünya Müstəqil Televiziya Şirkəti"nə peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...