Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
10 aprel 2015-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Şam" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılmışdır.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən "Şam" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.
Eyni zamanda "Türkel TV" MMC-nin peyk yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılmış, "Türkel TV" MMC-yə peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
İclasda həmçinin "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın layihəsi təsdiq edilmişdir.
Yayım Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş di...
Avropa Yayım Tənzimləyici Orqanlarının Platformasının (EPRA) 63-cü Toplantısı k...
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilm...