12-ci Cənubi Qafqaz Media Konfransı keçirilmişdir.
01.10.2015 12:12
29-30 sentyabr 2015-ci il tarixdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin ofisinin təşkil etdiyi 12-ci Cənubi Qafqaz Media Konfransı keçirilmişdir.
Konfrans zamanı Cənubi Qafqazda rəqəmli yayıma keçidlə bağlı məsələlər müzakirə olunmuş, "Tənzimləyici orqanların rəqəmli mühitdə rolu", "Cənubi Qafqazda media azadlığı sahəsində cari hadisələr", "Rəqəmli mühitdə plüralizm" mövzularında sessiyalar keçirilmişdir.
Konfransda Milli Televiziya və Radio Şurası Aparatının hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov iştirak etmişdir.
Xəbərlər
Xəbərlər
22.07.2026 16:53
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
16.07.2026 17:41
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
02.07.2026 10:51
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...
23.06.2026 17:33