16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqə başa çatmışdır.
18.12.2017 09:57
Milli Televiziya və Radio Şurası tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 31-ci yayım kanalına 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqə başa çatmışdır.
Qeyd olunan müddətdə 3 iddiaçı – "Baku Art Lab" MMC, "Türkel TV" MMC, "Media Master" MMC müsabiqəyə sənədlərini təqdim etmişdir. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcəkdir.
Xəbərlər
Xəbərlər
22.07.2026 16:53
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
16.07.2026 17:41
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
02.07.2026 10:51
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...
23.06.2026 17:33