Milli Televiziya və Radio Şurasında "BBC World Service" nümayəndələri ilə görüş keçirilmişdir.
20.02.2008 15:05
Milli Televiziya və Radio Şurasında "BBC World Service" nümayəndələri ilə görüş keçirilmişdir. Şura sədri BBC ilə əməkdaşlığa xüsusi önəm verdiyini və qarşılıqlı əməkdaşlıqdan hər iki tərəfin faydalanacağına ümid etdiyini bildirmişdir. Görüşdə BBC-nin Azərbaycan Respublikasının digər bölgələrində də yayımının təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilmişdir. Şura sədri "BBC World Service"in iş üzrə meneceri Gema Hayman və "BBC World Service"-in FM-lə yayım üzrə baş mütəxəssisi Qospi Seymanı maraqlandıran sualları cavablandırmışdır. Görüşdə radio yayımı ilə əlaqədar tezliklərdən səmərəli istifadə edilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
News
News
28.04.2026 18:30
A seminar on the protection of children's rights in the media was organized for...
18.03.2026 14:26
The use of foreign words with Azerbaijani equivalents on television channels is...
12.03.2026 15:54
The Audiovisual Council has organized seminar for students of the Faculty of Jou...
25.02.2026 18:17