MTRŞ mədəniyyət sahəsi üzrə ixtisaslaşmış televiziya kanalının açılması üçün müsabiqə elan etmişdir.
30 iyul 2010-cu il tarixində Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasında teleradio yayımı sahəsindəki mövcud vəziyyət müzakirə edilmiş, teleradio verilişlərinin daha çox şou-biznes xarakterli olması, telekanallların ucuz reytinqə üstünlük verməsi, maarifçilik xarakterli verilişlərin azlığı xüsusi vurğulanmış, Azərbaycan mədəniyyətinin, tarixinin, coğrafiyasının, milli-mənəvi dəyərlərin, dünya mədəniyyəti incilərinin təbliği ilə bağlı xüsusi sahə xarakterli telekanalın (mədəniyyət televiziya kanalının) açılmasının zəruriliyi qeyd edilmişdir.
Qeyd olunanları və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərini nəzərə alaraq Şura Azərbaycan Respublikasında ixtisaslaşdırılmış (mədəniyyə) televiziya kanalının açılması ilə bağlı Bakı şəhəri və Abşeron yarımadası ərazisində 44-cü tezlik resursuna 04 avqust 2010-cu il tarixindən 04 sentyabr 2010-cu il tarixinədək müsabiqə elan etmişdir.
The Director General of the Public Television and Radio Broadcasting Company has...
The 63rd Meeting of the European Platform of Regulatory Authorities (EPRA) held...
Acceptance of the application from candidates for the position of Director Gener...