Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
22 oktyabr 2010-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. Şuranın 06 sentyabr tarixli qərarı ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna 07 sentyabr 2010-cu il tarixdən 07 oktyabr 2010-cu il tarixədək müsabiqə elan edilmişdir.
Müsabiqədə yalnız bir ilddiaçı - "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti iştirak etmişdir. Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15.5-ci və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın 2.1.10-cu bəndinin tələblərini rəhbər tutaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətini müsabiqənin qalibi elan etmişdir.
The Alley of Honor was visited on the occasion of National Press Day, July 22.
The 4th Shusha Global Media Forum was held under the theme “The Mission of Media...
An awareness-raising seminar on advertising legislation was held for audiovisua...