MTRŞ-da Lider, Azad Azərbaycan və 106FM radiolarının, Türkel TV-nin müraciətlərinə baxılmışdır.
30 sentyabr 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Lider TV və Radio-Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı, "Azad Azərbaycan" Teleradio Kompaniyasının 106 Mhz və 106.3 Mhz tezlikləri üzrə radio yayımı, "Türkel TV" MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılmışdır.
Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Lider TV və Radio-Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı, "Azad Azərbaycan" Teleradio Kompaniyasının 106 Mhz və 106.3 Mhz tezlikləri üzrə radio yayımı, "Türkel TV" MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul etmişdir.
The Alley of Honor was visited on the occasion of National Press Day, July 22.
The 4th Shusha Global Media Forum was held under the theme “The Mission of Media...
An awareness-raising seminar on advertising legislation was held for audiovisua...