19 oktyabr 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
İclasda teleradio yayımı sahəsində qanunverciliyin tələblərinə teleradio yayımçıları tərəfindən əməl edilib-edilməməsi müzakirə edilmişdir.
İclasda, həmçinin, “Caspium Group” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün lisenziya alınması barədə müraciətinə baxılmış, “Caspium Group” MMC ilə "KREA İÇERİK HİZMETLERİ VE PRODÜKSİYON" A.Ş. ("DİGİTURK") arasında bağlanmış 03 avqust 2018-ci il tarixli Distribütörlük Müqaviləsinə əsasən "DİGİTÜRK"ə məxsus teleradio məhsullarının ("DİGİPAKET") satış hüququnun Azərbaycan ərazisində “Caspium Group” MMC-yə məxsus olduğu müəyyən edilmiş və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün müddətsiz lisenziya verilmişdir.
İclasda, həmçinin, “Roberts Cafe” MMC barəsində başlanılmış inzibati icraata dair işə baxılmış və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün verilmiş lisenziyanın qüvvəsinə xitam verilmişdir.
The Alley of Honor was visited on the occasion of National Press Day, July 22.
The 4th Shusha Global Media Forum was held under the theme “The Mission of Media...
An awareness-raising seminar on advertising legislation was held for audiovisua...