Türk Dövlətlərinin Yayım Tənzimləyici Orqanlarının Forumu (TBRAF)
27-28 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici qurumlarının toplantısı Bakı və Şuşa şəhərlərində keçirilmişdir.
Toplantı çərçivəsində Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) tərəfindən TDT-yə daxil olan ölkələrin Audiovizual Media Tənzimləyici Qurumlarının Forumunun – TBRAF (Turkic Broadcasting Regulatory Authorities Forum) yaradılması ilə bağlı Konsepsiya sənədi təqdim olunmuş və müzakirələr keçirilmişdir. Şuşa şəhərində təşkil olunmuş toplantının sonunda Forumun yaradılması və bununla bağlı TDT-yə üzv və müşahidəçi ölkələrin Media və informasiya üzrə nazirlərinin və yüksək səviyyəli rəsmilərinin 5-ci Toplantısına məlumat verilməsi ilə bağlı Niyyət Bəyannaməsi imzalanmışdır.
Hazırda müvafiq diplomatik və işçi kanallar vasitəsilə TDT üzv ölkələrinin müvafiq qurumları ilə TBRAF-ın Nizamnaməsi layihəsinin, ilk təsis toplantısının keçirilməsi, Birgə Bəyannamənin qəbul olunması məsələlərinin müzakirəsi aparılır.