Şuranın qərarları
Geriyə

QƏRAR № 15 / 26-06 (18 mart 2026-cı il)

Azərbaycan Respublikası Audiovizual Şurası hüquqi şəxsin qoşulma şəklində yenidən təşkili ilə bağlı hüquq varisi "AG Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:

  1. "Rahat Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-012 qeydiyyat nömrəli universal platforma operatoru (xidmət adı: "Rahat Telecom") lisenziyası ləğv edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, habelə Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.