QƏRAR № 07 / 26-01 (09 yanvar 2026-cı il)
Ümumölkə yerüstü televiziya yayımçısı olan "Space Müstəqil Teleradio Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Space TV" televiziya redaksiyasının (kanalının) efirində 25 dekabr 2025-ci il tarixində saat 12.45-14.53 aralığında yayımlanan "Gəl danış" proqramında ayrıseçkiliyi təbliğ edən informasiyaya görə Azərbaycan Respublikası Audiovizual Şurası "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 14.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
- "Space TV" televiziya redaksiyasının (kanalının) efirində proqramların yayımı 3 (üç) saatlıq müddətə (14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək) müvəqqəti dayandırılsın.
- Tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumat proqramların yayımının dayandırılması müddətində (14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək) "Space TV" redaksiyasının (kanalının) efirində nümayiş olunsun.
- Bu Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.
- Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual proqramların monitorinqi və təhlili şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.