Şuranın qərarları
Geriyə

QƏRAR № 03 / 26-01 (09 yanvar 2026-cı il)

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 58.1.1-ci maddəsini rəhbər tutaraq qərara alır:

  1. Lisenziya sahibi tərəfindən müvafiq ərizənin təqdim edildiyini nəzərə alaraq, "Neftçi Media" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş PY-013 qeydiyyat nömrəli, 14 iyun 2023-cü il tarixli peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Neftçi TV") lisenziyası ləğv edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.