QƏRAR № 29 / 25-14 (09 sentyabr 2025-ci il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:
- Lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Azlink" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş UPO-035 qeydiyyat nömrəli, 14 iyul 2023-cü il tarixli universal platforma operatoru lisenziyası ləğv edilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, habelə Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.