Şuranın qərarları
Geriyə

QƏRAR № 26 / 25-12 (10 iyul 2025-ci il)

Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:

  1. "Az-Evro Tel" Məhdud Məsuliyyətli Cəmiyyətinə sadə platforma operatoru fəaliyyəti üçün Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, SPO-010 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, həmçinin, Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.