QƏRAR № 20 / 25-07 (08 may 2025-ci il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 56.1.5-ci və 58.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
- Azərbaycan Respublikası Audiovizual Şurasının 30 noyabr 2022-cil tarixli, 19/2 nömrəli qərarı ilə "Səhiyyə TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş, televiziya redaksiyasının adı "Səhiyyə TV" olan peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası televiziya redaksiyasının adı "Saf TV" olan peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına dəyişdirilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.