Audiovizual Şura təyyarə qəzası ilə əlaqədar başsağlığı verir
25.12.2024 11:56
Azərbaycan Respublikası Audiovizual Şurasının rəhbərliyi və kollektivi "Azərbaycan Hava Yollarına" məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyir.
26 dekabr tarixinin matəm günü elan olunması ilə əlaqədar Audiovizual Şura xatırladır ki, audiovizual media subyektləri tərəfindən "Media haqqında" Azərbaycan Respublikası Qanununun matəm günlərində audiovizual yayıma dair müddəalarının (39.3-cü maddə) tələblərinə riayət olunmalıdır.
Xəbərlər
Xəbərlər
28.04.2026 18:30
Jurnalistika fakültəsinin tələbələri üçün mediada uşaq hüquqlarının qorunması il...
23.04.2026 22:09
Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları...
18.03.2026 14:26
Televiziya kanallarında Azərbaycan dilində qarşılığı olan xarici sözlərin istifa...
12.03.2026 15:54