2025-ci il ərzində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsü təhlil edilmişdir
23.01.2026 19:32
Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:
- 23,47 % - informasiya və analitik proqramlar
- 16,33 % - musiqi və əyləncəli proqramlar
- 15,90 % - idman proqramları
- 13,45 % - bədii filmlər və seriallar
- 10,90 % - reklam məzmunlu materiallar
- 8,04 % - mədəni-maarif janrında proqramlar
- 3,82 % - anonslar, elanlar
- 2,93 % - sosial yönümlü proqramlar
- 2,89 % - sənədli film və materiallar
- 1,17 % - sosial çarxlar
- 1,10 % - uşaq proqramları və cizgi filmləri
Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.
Xəbərlər
Xəbərlər
08.05.2026 18:15
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilm...
01.05.2026 18:23
“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilmişdir
28.04.2026 10:14
Jurnalistika fakültəsinin tələbələri üçün mediada uşaq hüquqlarının qorunması il...
23.04.2026 22:09