Audiovizual Şurada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri ilə görüş keçirilmişdir
29.03.2024 15:14
28 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov, İctimai Şuranın sədr müavini Nailə İsmayılova və İctimai Şuranın üzvü Vəfa Abbasova ilə görüş keçirilmişdir.
Görüşdə televiziya kanallarının efirində nümayiş olunan sosial proqramların yayımı zamanı qadın və uşaq hüquqlarının, ailə institutunun nüfuzunun qorunması və bu kimi digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, bu yöndə qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.
Xəbərlər
Xəbərlər
16.07.2026 17:41
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
02.07.2026 10:51
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...
23.06.2026 17:33
Audiovizual Şuranın nümayəndələri Serbiyada keçirilən üçtərəfli təcrübə mübadilə...
25.05.2026 17:35