Gəncə şəhəri və ətraf ərazilərdə regional radio yayımı üzrə 93.3 MHz işçi tezliyinə müsabiqə elan edilmişdir.
18.12.2012 12:33
18 oktyabr 2012-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq yeni regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə 22 oktyabr 2012-ci il tarixdən 22 noyabr 2012-ci il tarixədək müsabiqə elan edilməsi barədə qərar qəbul edilmişdir. Müsabiqə üçün tələb olunan sənədlər 22 oktyabr 2012-ci il tarixdən 22 noyabr 2012-ci il tarixədək (şənbə və bazar günləri istisna olmaqla) Milli Televiziya və Radio Şurasının inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul ediləcək.
Xəbərlər
Xəbərlər
25.05.2026 17:35
Yayım Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş di...
22.05.2026 12:56
Avropa Yayım Tənzimləyici Orqanlarının Platformasının (EPRA) 63-cü Toplantısı k...
08.05.2026 18:15
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilm...
01.05.2026 18:23