"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Baş direktoru seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatmışdır.
10.09.2020 12:27
"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatmışdır. "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu, Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim etmişdir.
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Baş direktoru vəzifəsinə namizədlərin sənədləri "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasına təqdim edilmişdir.
Xəbərlər
Xəbərlər
25.05.2026 17:35
Yayım Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş di...
22.05.2026 12:56
Avropa Yayım Tənzimləyici Orqanlarının Platformasının (EPRA) 63-cü Toplantısı k...
08.05.2026 18:15
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilm...
01.05.2026 18:23