Şura sədri Cənubi Koreyanın "Arirang" dövlət televiziyasının nümayəndələri ilə görüşmüşdür.
03 sentyabr 2013-cü il tarixdə Milli Televiziya və Radio Şurasınında Şura sədri Nuşirəvan Məhərrəmovla Cənubi Koreyanın "Arirang" dövlət televiziyasının sədri Jie-Ae-Sohn və televiziyanın xəbərlər departamentinin müdiri Joong Shik Kim arasında görüş keçirilmişdir. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının məqsəd və vəzifələri, funksiyaları barədə qonaqları məlumatlandırmışdır. Görüşdə qonaqlar Cənubi Koreyanın "Arirang" dövlət televiziyasının Azərbaycanın kabel şəbəkəsində yayımında, həmçinin Cənubi Koreya və Azərbaycan teleradio yayım məhsullarının mübadiləsində maraqlı olduqlarını bildirmişlər. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov qonaqları maraqlandıran sualları cavablandırmışdır.
Jurnalistika fakültəsinin tələbələri üçün mediada uşaq hüquqlarının qorunması il...
Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları...
Televiziya kanallarında Azərbaycan dilində qarşılığı olan xarici sözlərin istifa...