QƏRAR № 16 / 26-06 (18 mart 2026-cı il)
Azərbaycan Respublikası Audiovizual Şurası hüquqi şəxsin qoşulma şəklində yenidən təşkili ilə bağlı hüquq varisi "AG Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:
- "SN Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 15 dekabr 2022-ci il tarixli, UPO-006 qeydiyyat nömrəli universal platforma operatoru (xidmət adı: "SN Telecom") lisenziyası ləğv edilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, habelə Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.