QƏRAR № 14 / 26-05 (23 fevral 2026-cı il)
Azərbaycan Respublikası Audiovizual Şurası Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının genişləndirilməsi məqsədilə "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 33.1-ci və 35.3-cü maddələrini rəhbər tutaraq qərara alır:
1. Aşağıda göstərilən radio-televiziya yayım stansiyalarından qeyd olunan TV yayım kanalları (radiotezliklər) infrastruktur operatoru olan "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə ayrılsın:
1.1. Kəlbəcər rayonu ərazisində yerləşən "Qamışlı" radio-televiziya yayım stansiyasından 36-cı TV yayım kanalı;
1.2. Laçın rayonu ərazisində yerləşən "Qoşasu" radio-televiziya yayım stansiyasından 34-cü TV yayım kanalı;
1.3. Zəngilan rayonu ərazisində yerləşən "Ağbənd" radio-televiziya yayım stansiyasından 41-ci TV yayım kanalı;
1.4. Ağdərə rayonu ərazisində yerləşən "Həsənriz" radio-televiziya yayım stansiyasından 33-cü TV yayım kanalı (maksimal şüalanma gücü 24 dBVt olmaqla);
1.5. Ağdərə rayonu ərazisində yerləşən "Talış" radio-televiziya yayım stansiyasından 23-cü TV yayım kanalı (maksimal şüalanma gücü 25 dBVt olmaqla);
1.6. Ağdərə rayonu ərazisində yerləşən "Kiçik Qarabəy" radio-televiziya yayım stansiyasından 41-ci TV yayım kanalı (maksimal şüalanma gücü 25 dBVt olmaqla).
2. Azərbaycan Respublikası Audiovizual Şurasının 30 oktyabr 2025-ci il tarixli, 35/25-18 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.