Şuranın qərarları
Geriyə

QƏRAR № 13 / 26-04 (13 fevral 2026-cı il)

Ümumölkə yerüstü televiziya yayımçısı olan "ARB 24" Məhdud Məsuliyyətli Cəmiyyətinin "ARB" televiziya redaksiyasının (kanalının) efirində 08 fevral 2026-cı il tarixdə, saat 13.38-də yayımlanan reklamı zamanı reklam istehlakçısının şüuruna təsir göstərməklə, məhsula aid güzəştlərin, ödəniş şərtlərinin və qiymət üstünlüklərinin reklamda dəqiq, aydın, tam olmayan və çaşdırıcı formada təqdim edərək qeyri-dəqiq reklama yol verilməsinə görə Azərbaycan Respublikası Audiovizual Şurası "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ nömrəli Qanununun 7.1.4-cü və 7.2-ci maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. "ARB" televiziya redaksiyasının (kanalının) proqramlarının yayımı 16 fevral 2026-cı il tarixində 24 (saatlıq) saatlıq müddətə (16 fevral 2026-cı il tarixdə saat 08.00-dan 17 fevral 2026-cı il tarixdə saat 08.00-dək) dayandırılsın.
  2. Tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumat proqramlarının yayımının dayandırılması müddətində (16 fevral 2026-cı il tarixdə saat 08.00-dan 17 fevral 2026-cı il saat 08.00-dək) "ARB" televiziya redaksiyasının (kanalının) efirində yayımlansın.
  3. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual proqramların monitorinqi və təhlili şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.
  4. Bu Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.