Şuranın qərarları
Geriyə

QƏRAR № 09 / 26-03 (11 fevral 2026-cı il)

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 56.1.3-cü və 58.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. Lisenziya sahibinin təşkilati-hüquqi formasının dəyişdirilməsi ilə əlaqədar olaraq "Aznet Technologies" Qapalı Səhmdar Cəmiyyətinə verilmiş 09 iyul 2024-cü il tarixli, UPO-043 qeydiyyat nömrəli universal platforma operatoru lisenziyası (xidmət adı "AZnet" qalmaqla) "Aznet Technologies" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.