Şuranın qərarları
Geriyə

QƏRAR № 04 / 26-01 (09 yanvar 2026-cı il)

Regional yerüstü televiziya yayımçısı olan "Dünya" Müstəqil Televiziya və Radio Şirkəti Redaksiyasının "Dünya TV" televiziya redaksiyasının (kanalının) efirində 14 noyabr 2025-ci il tarixdə, saat 22.00-23.00 arası yayımlanan "Alo doktor" proqramında tibb müəssisəsinin reklamı zamanı "...birmənalı şəkildə ən professional zəli hirudoterapiya bizdədi, arı məhsulları ilə müalicə bizdədi, hicama ən yüksək səviyyədə bizdə aparılır..." ifadəsindən istifadə edərək haqsız reklama yol verilməsinə görə Azərbaycan Respublikası Audiovizual Şurası "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ nömrəli Qanununun 6.2-ci və 8.2-ci maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. "Dünya TV" televiziya redaksiyasının (kanalının) proqramlarının yayımı 15 yanvar 2026-cı il tarixində 3 (üç) saatlıq müddətə (saat 21.00-dan saat 24.00-dək) dayandırılsın.
  2. Tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumat proqramlarının yayımının dayandırılması müddətində (15 yanvar 2026-cı il tarixdə, saat 21.00-dan saat 24.00-dək) "Dünya TV" televiziya redaksiyasının (kanalının) efirində yayımlansın.
  3. Bu Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.
  4. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual proqramların monitorinqi və təhlili şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.