Fəaliyyətlər
Geriyə

Retranslyasiya fəaliyyətinə nəzarət

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.23-cü maddəsinə əsasən retranslyasiya xidmətləri televiziya və ya radio kanallarının proqramlarının məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsini nəzərdə tutur.

 

Bu xidmətlər yayımçılar tərəfindən deyil, operatorlar tərəfindən müvafiq lisenziya (sadə platforma operatoru lisenziyası, universal platforma operatoru lisenziyası, multipleks operatoru lisenziyası) əsasında həyata keçirilir. Operatorlar retranslyasiya etdiyi televiziya və radio kanalının hüquq sahibi (yayımçısı və ya agenti) ilə müvafiq müqavilə (razılıq, lisenziya, icazə və sairə) bağlamalı və həmin sənədin surətini Audiovizual Şuraya təqdim etməlidir.

 

Audiovizual Şura operatorlar tərəfindən retranslyasiya olunan xarici televiziya və radio kanallarının siyahısını mütəmadi monitorinq edir, müqavilə və ya xüsusi razılıq sənədi olmadan retranslyasiya olunan kanallar aşkarlandıqda həmin operatora qarşı müvafiq inzibati sanksiya tətbiq edir.