Kommunikasiya
Geriyə

Televiziyalardakı qüsurlarla bağlı AÇIQLAMA

Audiovizual mediada müəyyən qüsurlar var.

Day.Az xəbər verir ki, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov "Audiovizual mediada uşaq hüquqlarının qorunması" mövzusunda dəyirmi masada deyib.

Aparat rəhbəri bildirib ki, həmin qüsurlar cəmiyyəti narahat edir: "Bu sahədə monitorinqlər keçirilir və araşdırılır. Bəzən monitorinqdə aşkarlanmayan pozuntular şikayət əsasında müəyyən edilib. Bəzən pozuntulara görə yayım dayandırılır. Yayımçı üçün yayımın dayandırılması maliyyə sanksiyasından ağırdır".