QƏRAR № 08 / 26-02 (13 yanvar 2026-cı il)
Ümumölkə yerüstü televiziya yayımçısı olan "ARB 24" Məhdud Məsuliyyətli Cəmiyyətinin "ARB" televiziya redaksiyasının (kanalının) efirində 10 yanvar 2026-cı il tarixdə, saat 23:00-23:55 arası yayımlanan "Səkkiz" adlı televiziya serialında istifadə olunan əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrin texniki cəhətdən məhdudlaşdırılmadan efirə verilməsinə görə Azərbaycan Respublikası Audiovizual Şurası "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 14.1.6-cı, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
- "ARB" televiziya redaksiyasının (kanalının) proqramlarının yayımı 15 yanvar 2026-cı il tarixində 3 (üç) saatlıq müddətə (saat 21.00-dan saat 24.00-dək) dayandırılsın.
- Tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumat proqramlarının yayımının dayandırılması müddətində (15 yanvar 2026-cı il tarixdə, saat 21.00-dan saat 24.00-dək) "ARB" televiziya redaksiyasının (kanalının) efirində yayımlansın.
- Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual proqramların monitorinqi və təhlili şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.
- Bu Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.