Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şura 2025-ci ilin ikinci rübü ərzində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsünü açıqlamışdır

 

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin ikinci rübü (aprel, may və iyun ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:

  • 24,5% - informasiya və analitik proqramlar
  • 16,4% - musiqi və əyləncəli proqramlar
  • 15,8% - idman proqramları
  • 12,0% - bədii filmlər və seriallar
  • 11,8% - reklam məzmunlu materiallar
  •   8,3% - mədəni-maarif janrında proqramlar
  •   3,6% - anonslar, elanlar
  •   3,3% - sosial proqramlar
  •   2,3% - sənədli film və materiallar
  •   1,1% - sosial çarxlar
  •   0,9% - uşaq proqramları və cizgi filmləri

Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.